...

Müğənni qaydasız döyüşlərə çıxıb (VİDEO)

İdman Materials 25 İyun 2024 10:44 (UTC +04:00)
Müğənni qaydasız döyüşlərə çıxıb (VİDEO)

Bakı. Trend:

İdman.Biz TV-nin “Ulduzlu İdman” proqramının növbəti qonağı bu yaxınlarda ailə həyatı quran və bu əlamətdar hadisədən sonra ilk dəfə döyüşçü kimi görünən məşhur ifaçı Talıb Tale olub.

İdman.biz-in məlumatına görə, verilişin aparıcısı Zümrüd Bədəlova ilə söhbət zamanı Talıb Tale idmana olan həvəsindən danışıb, bacarığını nümayiş etdirib.

Məlum olub ki, müğənni əla fiziki formadadır. Proqramın xüsusi qonağı TEAM Club-ın rəhbəri, Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının məşqçisi, idman ustası, ikiqat dünya çempionu Fərid Xadiyev olub.

Xəbər lenti

Xəbər lenti