...

Ermənistana regiondankənar oyunçuların gəlməsi öz nəticələrini verəcək - Overçuk

Dünya xəbərləri Materials 25 İyun 2024 16:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistana regiondankənar oyunçuların gəlməsi öz nəticələrini verəcək.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) bir araya sığmır.

"Əlbəttə ki, Ermənistanın siyasi vektorunun getdikcə daha çox Qərb dövlətinə yönəlməsinə göz yummaq səhv olar. Biz onu da başa düşməliyik ki, Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi bir-birinə uyğun gəlmirlər. Bir ölkənin Rusiyaya yaxın olmasından əldə etdiyi faydalar da təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyimiz qiymət kimi qəbul edilməlidir", - Overçuk əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti