...

Maska taxaraq bir nəfəri döyüb baqaja qoydular, 5 min manatını oğurladılar

Cəmiyyət Materials 25 İyun 2024 10:16 (UTC +04:00)
Maska taxaraq bir nəfəri döyüb baqaja qoydular, 5 min manatını oğurladılar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay rayonunda quldurluq hadisəsi törədilib. Zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər.

Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti