...

Ermənistan ordusunun əsgəri ölüb

Dünya xəbərləri Materials 25 İyun 2024 14:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ordusunun "N" saylı hərbi hissəsinin əsgəri ölüb.

Trend xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Qeyd olunub ki, Sisyandakı hərbi hissədə həqiqi hərbi xidmət keçən David Nersesyanın vəziyyəti 9:40-da qəfil pisləşib. Huşunu itirən əsgəri hospitala aparsalar da, 10:00-da ölüb.

Faktla bağlı cinayət işi açılıb, tibbi-məhkəmə ekspertizası təyin edilib.

Xəbər lenti

Xəbər lenti