...

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 25 İyun 2024 21:38 (UTC +04:00)
SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 25-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan Trend-ə bildirilib ki, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan Anlaşma Memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.

Sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Xəbər lenti

Xəbər lenti