...

“Euronews” telekanalına verilən müsahibə ölkəmizin enerji siyasətinin mühüm istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir

Siyasət Materials 25 İyun 2024 11:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr ölkəmizin dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırır. Cari ilin 21 iyun tarixində cənab İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədə ölkəmizin mövqeyi bütün şəkildə açıqlanıb. Bakı Enerji Həftəsinin bir neçə aydan sonra ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş tutması da rəmzi məna daşıyır və bu baxımdan neft-qaz ehtiyatları ilə zəngin olan bir ölkənin iqlim dəyişikliyinin yaratmış olduğu fəsadlar ilə mübarizədə də qabaqcıl olmasının zəruriliyi barədə cənab İlham Əliyevin səsləndirdiyi fikirlərin tamamilə düzgün olduğunu təsdiqləyən növbəti önəmli amilləri dünyanın diqqət mərkəzinə çatdırdı. Cənab İlham Əliyevin iyun ayının 21-də “Euronews” telekanalına verdiyi müsahibə ölkəmizin enerji siyasətinin mühüm istiqamətlərini eyni zamanda Azərbaycanın təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır.

Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı vurğulamışdır ki, “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik”. Qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibə də COP29-la bağlı məsələyə toxunması və Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, fikirləri, izahları, təklifləri xarici mühitin diqqətini bu məsələlərə cəlb etməkdə davam edir. Aparılan uğurlu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin əsaslı nümunəsidir. Azərbaycanda yaxşı sərmayə mühiti var və hal-hazırda ənənəvi enerjidən əldə edilən gəlirlər bərpa olunan enerjiyə yönəldilir. Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, cənab İlham Əliyevin apardığı uğurlu siyasətinin növbəti qələbəsidir.

Milli Məclisin deputatı Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti