...

“Neftçi”yə yeni baş icraçı direktor təyin edildi

İdman Materials 25 İyun 2024 11:00 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi”də yeni təyinat gerçəkləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisinin baş icraçı direktoru postu türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, həmçinin, klubun vitse-prezidenti vəzifəsini tutub.

Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır. Türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Qeyd edək ki, Sümerə qədər bu vəzifəni Fərrux Mahmudov tuturdu.

Xəbər lenti

Xəbər lenti