...

Bölgələrdə gənclərin inkişafı üçün müxtəlif imkanlar yaradılıb - Fərid Qayıbov

Cəmiyyət Materials 25 İyun 2024 12:55 (UTC +04:00)
Bölgələrdə gənclərin inkişafı üçün müxtəlif imkanlar yaradılıb - Fərid Qayıbov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Gənclərin inkişafı ilə bağlı müxtəlif təşəbbüslər var.

Trend xəbər verir ki, bunu gənclər və İdman naziri Fərid Qayıbov Şuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

F.Qayıbov qeyd edib ki, bölgələrdə gənclərin inkişafı üçün müxtəlif imkanlar yaradılıb.

“Baş tutan forumda da, əminəm ki, önəmli müzakirələr aparılacaq. Füzuli hava limanından Şuşaya gələrkən bir çox dağıdılmış evləri gördük. Bu ərazilər 30 il işğal altında qalıb. Bu ərazilər bizim üçün həssas bölgədir. Dünyada sülhün, inkişafa birgə töhfə verəcəyik”.

Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb. Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti