...

Milli Məclis dövlət büdcəsinə dəyişikliyi üçüncü oxunuşda qəbul edib

Siyasət Materials 25 İyun 2024 11:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Trend-in xəbərinə görə, dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti