...

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

İqtisadiyyat Materials 25 İyun 2024 11:46 (UTC +04:00)
Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində əhaliyə ödənişlər üzrə xərclər artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, qeyd olunan xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qədər artırılır. Bununla yanaşı, əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan rəqəmləri 78 530 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata qədər artırılır.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti