...

Fransanın son çırpıntıları: Ermənistanı silahlandırmaqla nə etmək istəyir? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 25 İyun 2024 20:49 (UTC +04:00)
Fransanın son çırpıntıları: Ermənistanı silahlandırmaqla nə etmək istəyir? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Ermənistanı silahlandırmaqla regionda sülhə və sabitliyə ciddi maneə törədir.

Bu gün regionda həssas sülh prosesi gedir və sülh quruculuğu istiqamətində mühüm addımlar atılır. Fransa isə Ermənistanı artıq hücum silahları ilə silahlandırır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov deyib ki, Ermənistan mütəmadi olaraq Fransa tərəfindən silahlandırılır.

“Fransa Ermənistanı silahlandırmaqla Azərbaycana təzyiq göstərməyə çalışır və Ermənistanda revanşist hisslər yaratmaq istəyir. Ancaq Fransanın buna nail olması mümkün deyil. Çünki Azərbaycanın güclü ordusu var, güclü lideri var. Ona görə də Fransanın bütün bu cəhdləri əbəsdir”, - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti