...

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib

Siyasət Materials 25 İyun 2024 19:18 (UTC +04:00)
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

XİN-dən Trend-ə verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti