...

"Turan Tovuz" Rusiya millisinin sabiq qapıçısını transfer edib

İdman Materials 25 İyun 2024 18:47 (UTC +04:00)

Bakı. Trend:

“Turan Tovuz” növbəti transferini reallaşdırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, əyalət təmsilçisi İvan Konovalovu rənglərinə bağlayıb.

Rusiyanın 21 yaşlılardan ibarət millisinin sabiq qapıçısı ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan futbolçu Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti