Bakı. Trend:
Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycana qarşı deyil, Cənubi Qafqaza qarşı təhlükə yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu, hətta Rusiyanın özü üçün, habelə Türkiyə üçün də təhlükə yaratmaq cəhdidir:
“Makron öz eksperimentini Cənubi Qafqazda həyata keçirmək istəyir, ancaq bu mümküm olmayacaq. Çünki Azərbaycanın güclü ordusu var. Mən hesab edirəm ki, Makronun bu hərəkəti həm də beynəlxalq hüquqa qarşı hesablanıb. Yaxşı olardı ki, Fransa hakimiyyəti öz müstəmləkə ərazilərində insan hüquqlarının pozulmasının qarşısını alsın”.