...

Bakı sakini 12 kq narkotiklə tutuldu

Cəmiyyət Materials 25 İyun 2024 10:36 (UTC +04:00)
Bakı sakini 12 kq narkotiklə tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada saxlanılan paytaxt sakinindən 12 kiloqram narkotik götürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.

Araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti