...

Azərbaycanın dörd güləşçisi finala yüksəlib

İdman Materials 25 İyun 2024 20:20 (UTC +04:00)

Bakı. Trend:

Serbiyada güləşçilər arasında keçirilən U-17 Avropa çempionatının ikinci günü də yığmamız üçün uğurlu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçilərimizdəm 4-ü finala yüksəlib.

Turan Daşdəmirov (51 kq) yarımfinalda gürcüstanlı Nika Tsetsxladzeyə (3:0), Ayxan Cavadov (60 kq) isə türkiyəli Melih Yeginə (2:1) qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar.

Yusif Əhmədli (71 kq) final yolunda macarıstanlı İmre Kolomparaya 7:3 hesabı ilə qalib gəlib. Səid Paşayev (92 kq) isə bolqarıstanlı Radostin Vasilyevlə görüşdə çətinlikə üzləşməyib və "tuş"la qələbə qazanıb.

45 kq çəkidə mübarizə aparan Nicat İsgəndərli eyni uğuru təkrarlaya bilməyib. O, yarımfinalda erməni rəqibinə uduzub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti