...

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

İdman Materials 26 İyun 2024 02:13 (UTC +04:00)
Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Bakı. Trend:

Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) Trend-ə verilən məlumata görə, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti