...

Dağıstanda terror aktı: rayon başçısı həbs edilib

Dünya xəbərləri Materials 25 İyun 2024 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstan məhkəməsi terror aktında yaxınları iştirak etmiş Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovu 10 sutka həbs edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.

“Mahaçqala şəhərinin Leninski Rayon Məhkəməsi Maqomed Ömərovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati cinayəti törətməkdə təqsirli bilib, ona 10 sutka müddətinə inzibati həbs cəzası verib ”, - o bildirilib.

Qeyd edək ki, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən terror aktları zamanı Ömərovun iki oğlu, həmçinin qardaşı oğlu zərərsizləşdirilmişdi. Ömərov özü isə saxlanılmazdan öncə istefa ərizəsi yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti