...

Kurban Berdıyev rəsmən “Turan Tovuz”da

İdman Materials 25 İyun 2024 11:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Turan Tovuz” komandasının yeni baş məşqçisi açıqlanıb.

Klubdan Trend-ə verilən məlumata görə, aparılan danışıqlardan sonra Kurban Berdıyevlə 2+1 illik müqavilə imzalanıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan mütəxəssis Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı məşqçi “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə ölkə Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Xəbər lenti

Xəbər lenti