...

AFFA iki kluba texniki məğlubiyyət verib

İdman Materials 25 İyun 2024 16:16 (UTC +04:00)
AFFA iki kluba texniki məğlubiyyət verib

Bakı. Trend:

“Neftçi” və “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarının oyunları xoşagəlməz hadisələrlə yadda qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

U-16 Liqasının “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Kamil Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bu üzdən 1 oyun cəzalandırılıb.

Onun komanda yoldaşı Rauf Abbaslı qarşılaşma bitdikdən sonra təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu iki matçlıq diskvalifikasiya edilib.

U-15 Liqasının “Qarabağ” – “Neftçi” görüşündə meydan sahiblərinin qapıçısı Bilal Hacıyev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1 oyun cəzalandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti