Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.
Ağdam təmsilçisi Zaqrebdə 0:3 hesabı ilə uduzduğu Xorvatiya çempionu “Dinamo”nu qəbul edəcək. “Qarabağ” bu böyük fərqi aradan qaldırmaqla azarkeşlərini sevindirməyə çalışacaq. Təmsilçimiz bu çətin vəzifənin öhdəsindən gəlsə, Çempionlar Liqasında Liqa mərhələsində mübarizə aparacaq. Cütün uğursuzu isə Avropa Liqasında eyni raundda çıxış edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkü avqustun 28-də, Avropa Liqasında isə ertəsi gün atılacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
28 avqust
20:45. “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:3