Bakı. Trend:
UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları baş tutacaq.
Trend xəbər verir ki, günün ən çox maraq doğuran qarşılaşmaları İngiltərə və İspaniyada keçiriləcək.
"Mançester Yunayted" səfərdə "Real Sosyedad" ilə qarşılaşacaq, "Atletik" isə "Roma"nın qonağı olacaq.
Türkiyə təmsilçisi "Fənərbağça" isə İstanbulda Şotlandiyanın "Reyncers" klubunu qəbul edəcək.
21:45. AZ (Niderland) - “Tottenhem” (İngiltərə)
21:45. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted”
(İngiltərə)
21:45. FCSB (Rumıniya) - “Lion” (Fransa)
21:45. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya)
00:00. “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)
00:00. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan)
00:00. “Ayaks” (Niderland) - “Anderlext” (Belçika)
00:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.