...

AİİB Azərbaycanda COP29-un uğurla keçirilməsinə kömək göstərməyə hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 29 İyun 2024 10:05 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnfrastruktur və İnvestisiya Bankının (AİİB) layihələri vasitəsilə COP29-un hədəflərinə uyğun olaraq, Azərbaycanın milli gündəliyinin icrasına kömək göstərməyə çalışırıq.

Bu barədə Trend-ə AİİB-in vitse-prezidenti və korporativ katibi Lyudger Şuknext deyib.

"AİİB həm iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına, həm də onlara adaptasiyaya imkan yaradan, iqlim üçün əlverişli infrastruktura xüsusi diqqət yetirir. Bu məqsədə nail olmaq üçün biz bərpa olunan enerji mənbələrinə və ekoloji infrastruktura mühüm vəsait yatırırıq ki, bu da bizim əsas fəaliyyət sahəmizdir.

Bundan başqa, rabitə şəbəkələrinin, avtomobil və dəmir yollarının, limanların müasirləşdirilməsi kimi rəqəmsal texnologiyalara qoşulma ilə əlaqədar layihələrdə iştirak edirik və bütün bunlar ekoloji dayanıqlılığı qorumaqla baş verir. Həmçinin, COP29-u müzakirə etməkdən məmnunuq, tədbirə hazırlıq davam edir, gündəlik isə hələ də tamamlanır. Burada məqsədimiz Azərbaycanın prioritetlərini anlamaq və onlara nail olmaqda bankımızın ölkəyə necə dəstək ola biləcəyini araşdırmaqdır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Paris Sazişi bu baxımdan mühüm əhəmiyyət kəsb edir və bütün layihələrin saziş üzrə milli öhdəliklərə və yüksək ekoloji, sosial və idarəetmə standartlarına uyğunluğuna zəmanət verir.

"Bu tədbirlər AİİB-in öz üzv ölkələrini və müştərilərini iqlim sahəsində məqsədlərinə nail olmaqda dəstəkləməsinə imkan verəcək.

İnanıram ki, AİİB Dünya Bankı və Asiya İnkişaf Bankı kimi inkişaf üzrə çoxtərəfli tərəfdaşlarımızla yanaşı, COP29 gündəliyini və Azərbaycanı dəstəkləməyə hazır olacaq. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həqiqətən də, fantastikdir. Əvvəlki görüşlərdə əldə olunan razılaşmaların reallaşdırılmasına ehtiyac yaranacaq və təbii ki, hər zaman yeni ideya və ya planlar hazırlamaq səyləri var. Fikrimcə, Azərbaycan konsensus əldə etmək, maraqlı tərəfləri bir araya gətirmək və ümumi məqsədlərə nail olmaq cəhdlərini əlaqələndirmək məqsədilə bu cür səylərə dəstək üçün idealdır", - deyə vitse-prezident əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti