...

İsmayıllıda torpaq sürüşməsi baş verən ərazidə evlərin sakinlərinin köçürülməsi ilə bağlı qərar verilib

Cəmiyyət Materials 29 İyun 2024 19:52 (UTC +04:00)
İsmayıllıda torpaq sürüşməsi baş verən ərazidə evlərin sakinlərinin köçürülməsi ilə bağlı qərar verilib

Bakı. Trend:

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nəzərə alaraq Nazirlik tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti