Bakı. Trend:
Azərbaycan idmançıları batut gimnastikası üzrə 52-ci Nissen kubokunda uğurlu çıxış edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız yarışda 2 qızıl və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova isə bürüncə sahib çıxıb. Sinxron çıxışda isə Əli Niftəliyev-Ammar Baxşalıyev cütü 1-ci yeri, Samirə Hüseynova-Ayan Şabanova dueti 3-cü yeri tutub.
Qeyd edək ki, iyunun 27-də İsveçrənin Arosa şəhərində start götürən yarışa bu gün yekun vurulub.