...

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar İşçi və ekspert qrupları yaradıldı

Siyasət Materials 29 İyun 2024 16:17 (UTC +04:00)
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar İşçi və ekspert qrupları yaradıldı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu yaradılıb.

Trend-in xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda, növbədənkənar parlament seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti