...

Hansısa səbəbdən adı seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunacaq - MSK sədri

Siyasət Materials 29 İyun 2024 16:48 (UTC +04:00)
Hansısa səbəbdən adı seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunacaq - MSK sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Adı hansısa səbəbdən seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunacaq.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, heç kəs vətəndaşın hansısa səbəbdən seçici siyahsına adının düşməməsinə görə onu səsvermə hüququndan məhrum edə bilməz.

“İndiyə qədər də belə səs verən insanlar kifayət qədər olub. Bu seçkilərdə də bütün insanların səs verməsi üçün şərait yaradılacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti