...

Milli Məclisə seçkilər tarixi əhəmiyyət kəsb edəcək - MSK sədri

Siyasət Materials 29 İyun 2024 16:26 (UTC +04:00)
Milli Məclisə seçkilər tarixi əhəmiyyət kəsb edəcək - MSK sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar parlament seçkiləri ilə bağlı maarifləndirmə keçirilməlidir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Bu parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olacaq. İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Bu, təbiidir. Hazırda məskunlşama sürətlə davam edir, insanlar öz torpaqlarına qayıdır. Bu seçkilərdə biz onları məmnuniyyətlə nəzərə alacağıq. Bu baxımdan Milli Məclisə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti