...

Bakı metropoliteninin sərnişin daşımalarından gəlirləri artıb

İqtisadiyyat Materials 20 Avqust 2024 19:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 44 053,4 min manat olub, bu da illik müqayisədə 9% çoxdur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 40 425,6 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Bakı metropoliteni vasitə ilə 113 195,2 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,1% artım deməkdir.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti