Roma. Trend:
İtaliya şirkətləri Qarabağın bərpasında iştirak etməyə çalışırlar.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi deyib.
“İtaliya hökuməti İtaliya şirkətlərinin Azərbaycanda layihələr həyata keçirməsi məqsədilə daha çox müqavilə bağlamaq üçün səylər göstərir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır”, - deyə Ticarət Palatasının prezidenti bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə başa çatdıqdan az sonra İtaliya Qarabağa öz missiyasını göndərib.
“İtaliya Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləyib və biz şadıq ki, Qarabağın bərpasında müxtəlif yollarla iştirak edə bilərik. Bu, bizim münasibətlərimizin əsas aspektlərindən biridir”, - deyə Manuela Traldi bildirib.
Qeyd edək ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.