...

Azərbaycan Türkiyədən xalça idxalını bir qədər artırıb

İqtisadiyyat Materials 5 Noyabr 2024 17:49 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Azərbaycana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 8 milyon 657 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 1 milyon 472 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 19,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyard 360 milyon 731 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 274 milyon 570 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə heç dəyişməyib.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 2 milyard 883 milyon 39 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti