Bakı. Trend:
Kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamenti məlumat yayıb.
Bildirilib ki, bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib.
Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.