...

Ətraf mühitin qorunması inanclı insanlar üçün dini bir borcdur - Kol Durham

Yaşıl iqtisadiyyat Materials 5 Noyabr 2024 15:40 (UTC +04:00)
Ətraf mühitin qorunması inanclı insanlar üçün dini bir borcdur - Kol Durham
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ətraf mühitin qorunması inanclı insanlar üçün dini bir borcdur.

Bu barədə Trend-ə G20 Dinlərarası Forum Assosiasiyasının (ABŞ) prezidenti Kol Durham bildirib.

“Ətraf mühitə qayğı göstərmək ən mühüm məsələlərdən biridir. Havada, torpaqda, suda müşahidə edilən problemlər ətraf mühitə çoxsaylı təhdidlərin mövcudluğunu bildirir, eləcə də son vaxtlar Valensiyada baş verən və çoxsaylı qurbanlarla nəticələnən faciə kimi digər dağıdıcı hadisələr də buna nümunədir. Buna görə də ətraf mühitin qorunması, iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizə bizim borcumuzdur. İnanclı insanlar üçün bu, eyni zamanda dini bir borcdur. Azərbaycanın bu sammiti keçirməyi təklif etməsi çox vacib bir addımdır və ölkə bu görüşün təşkilinə göstərdiyi səylərə görə təşəkkürə layiqdir”, - o bildirib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti