...

“Azərpoçt”un adından saxta SMS-lər göndərilir - XƏBƏRDARLIQ

Gündəm Materials 5 Noyabr 2024 19:48 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərək bağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçün ünvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti