Bakı. Trend:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin kollegiyasının tərkibi dəyişib.
Trend xəbər verir
ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və
aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin
sədrinin birinci müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Aparatının rəhbərinin müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Aparatının Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru.