...

Azərbaycan iqlim dəyişikliyi problemi ilə bağlı böyük səylər və möhkəm siyasi iradə nümayiş etdirir - Avropa Şurasının xüsusi nümayəndəsi

Yaşıl iqtisadiyyat Materials 5 Noyabr 2024 17:05 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi problemi ilə bağlı böyük səylər və möhkəm siyasi iradə nümayiş etdirir.

Trend xəbər verir ki, bunu Avropa Şurasının xüsusi nümayəndəsi Aleksandr Cesse Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi gələcək nəsillərin qorunması üçün həll edilməli vacib məsələdir.

"Bu problem fundamental insan hüquqlarına təhlükə törədir. Dinlər, inanclar sosial bütövlüyünü irəli çəkilməsində tolerantlığın qurulmasında vacibdir. Biz dialoqu, konfessiyaların təmasını açıq saxlamalıyıq. Avropa Şurası sülhün saxlanılmasında öz missiyasına sadiq qalır. Avropada və ondan kənarda dinlərarası dialoqun təşviqi təşkilatımızın əsas məqsədidir. Avropa Şurası dinlərarası dialoqu dəstəkləyir", - o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti