...

Azərbaycanlı sahibkarlar Yunanıstanda mebel sərgisində iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanlı sahibkarlar 2013-cü il fevralın 21-24-də Yunanıstanda keçiriləcək iri mebel sərgisinə dəvət olunurlar.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

7-ci "Furnidec Business" sərgisi Yunanıstanda bu sahədə iri peşəkar sərgidir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012 il yanvar-oktyabr ayları ərzində ölkədə mebel istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artıb. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 38,3 milyon manat dəyərində mebel istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti