Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Əliyev/
Azərbaycanın "İrşad Telecom" ticarət şəbəkəsində qanunsuz keçirilən lotereya aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən cümə günü yayılan xəbərdə deyilir.
Məlumatda deyilir: "QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "İrşad-İ.R." MMC tərəfindən "Möhtəşəm kredit kompaniyasının iştirakçısı ol-Kubaya səyahət qazan" adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilmiş və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilmişdir".
Dövlət Komitəsi vətəndaşlara keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir.