...

Det.Al Limited Azərbaycanda alüminium istehsalı üzrə planı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 15:33 (UTC +04:00)

Det.Al Xoldinq Azərbaycanda alüminium istehsalını genişləndirir. Trend in xəbər verdiyinə görə, bu barədə çərşənbə axşamı Şirkətin texniki idarəetmə departamentinin direktoru Ciqir Diner məlumat verib.

Onun sözlərinə görə, şirkət Sumqayıtda 2007-ci ilin mayında istismara veriləcək 30 min ton gücündə yeni zavodun tikintisini bitirmək niyyətindədir.

Bununla yanaşı, Gəncədə Gəncə Gil-torpaq zavodunun yanında 50 min ton gücündə daha bir alüminium zavodunun tikintisini planlaşdırır. Tikinti işlərinə 2007-ci ilin martında başlanılacaq.

"Zavodu 2008-ci ilin avqustunda istismara verməyi nəzərdə tuturuq. İlkin olaraq onun gücü 50 min ton təşkil edəcək, 6-7 ay sonra isə biz onun gücünü 100 min tona çatdırmaq niyyətindəyik" - deyə departamentin rəhbəri vurğulayıb.

Det.Al Limitedin Azərbaycan Alüminium ASC ilə alqı müqaviləsi var. Azərbaycan Alüminium ASC-ni Sumqayıtda yerləşən illik gücü 30 min ton olan alüminium zavodu və gil-torpaq istehsalı üzrə istehsal gücü 450 min ton olan zavod təmsil edir.

Sumqayıt sahibkarlığında istehsal həcmini 2007-ci ildən 60 min tona qədər yüksəltmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti