...

Rüsumlar birbaşa dövlət büdcəsinə yönəldiləcək - Dəyişikliklər ikinci oxunuşda təsdiqləndi

Maliyyə Materials 24 Noyabr 2021 12:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yığılan dövlət rüsumları rüsumu toplayan orqanın büdcəsinə deyil, birbaşa dövlət büdcəsinə yönəldiləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi.

Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi, bir sıra yeni rüsumların tətbiq edilməsi təklif edilir.

Qanuna dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti