...

İsrail ordusunu Qəzzə zolağına yeridib

Dünya xəbərləri Materials 18 Noyabr 2008 18:03 (UTC +04:00)

İsrail ordusunun bölmələri Qəzzə zolağı ərazisində Rəfəh rayonunda əməliyyat aparır, - Fələstin KİV-ə istinadən Ynet xəbər verir. Reyddə tanklar və ağır buldozerlər, quru qoşunları bölmələri və aviasiya iştirak edir.

Rəfəh sakinləri bildiriblər ki, İsrailin zirehli texnikası ərazidə  100 metrədək irəliləyib və şəhərin kənarında mövqe tutub. Buldozerlər ərazinin yaşayış küçələrindən kənarda məskunlaşmamış hissələrinin təmizlənməsinə başlayıblar.

İsrail Müdafiə Ordusunun nümayəndələrinin sözlərinə görə, lokal əməliyyat məqsədi terrorçuların mövqelərinin, minalanmış sahələrin və tunellərin girişlərinin olduğu ehtimal edilən yerlərin məhv edilməsidir.

Ərəb mənbələri xəbər verir ki, Rəfəh rayonunda əməliyyat zamanı "Beynəlxalq həmrəylik" nümayəndə heyətindən olan Şotlandiya vətəndaşı və terrorda şübhəli bilinən 10 yerli sakin saxlanılıb.

Xəbər lenti

Xəbər lenti