...

Krım sakinləri mitinqlə Ukrayna hökumətinin Avropaya inteqrasiyanın dayandırılması haqqında qərarını dəstəkləyirlər

Dünya xəbərləri Materials 27 Noyabr 2013 13:11 (UTC +04:00)
Krım sakinləri çərşənbə günü Simferopolda keçirilən mitinqdə Ukraynanın Nazirlər Kabinetinin noyabrın 21-də Ukrayna və Aİ arasında assosiasiyalar haqqında sazişi imzalamasına hazırlığı dayandırması haqqında çıxardığı qərarı dəstəkləyirlər.
Krım sakinləri mitinqlə Ukrayna hökumətinin Avropaya inteqrasiyanın dayandırılması haqqında qərarını dəstəkləyirlər

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Krım sakinləri çərşənbə günü Simferopolda keçirilən mitinqdə Ukraynanın Nazirlər Kabinetinin noyabrın 21-də Ukrayna və Aİ arasında assosiasiyalar haqqında sazişi imzalamasına hazırlığı dayandırması haqqında çıxardığı qərarı dəstəkləyirlər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

İctimai asayişə nəzarət edən milis işçilərinin məlumatına görə, Krımın Ali Şurasının binası yanındakı meydanda 500-ə yaxın adam toplaşıb. Nümayişçilər əllərində Ukrayna və Krımın bayraqlarını, "Avropaya bizə şərt diktə etməyə imkan vermərik!", "Öz ölkəmlə fəxr edirəm!", "Krım Azarovu dəstəkləyir!" şüarları tutublar. Mitinqdə partiya simvolları yoxdur.

Çərşənbə günü Krımın Ali Şurası iclas keçirir. İclasın gündəliyinə Ukraynadakı siyasi vəziyyətə dair məsələ daxil edilib. Parlamentin saytında yerləşdirilən qərar layihəsində söhbət Nazirlər Kabinetinin qərarının dəstəklənməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti