...

Əfqanıstanda böyük terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 26 İyul 2017 13:58 (UTC +04:00)
Əfqanıstan Xüsusi Xidməti böyük ölkədə böyük terror aktının qarşısını alıb.
Əfqanıstanda böyük terror aktının qarşısı alınıb

Bakı. Trend:

Əfqanıstan Xüsusi Xidməti böyük ölkədə böyük terror aktının qarşısını alıb. Trend-in məlumatına görə, ölkə Milli Təhlükəsizlik İdarəsinin rəhbəri içərisində 2,5 ton partlayıcı maddə olan yük maşınını aşkar edib.

Əfqanıstan kəşfiyyatı "Taliban" radikal hərəkat döyüşçülərinin yük maşınındakı partlayıcı maddə ilə paytaxt Kabildə terror aktları törətməyi planlaşdırdıqlarını bildirib.

Xüsusi Xidmət nümayəndəsi həmçinin hücumu təşkil edən şəxsin adını da açıqlayıb, lakin onun saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti