...

3 dollara alınan güldan yüksək məbləğdə hərraca çıxarılıb (FOTO)

Dünya xəbərləri Materials 24 İyul 2023 19:16 (UTC +04:00)
3 dollara alınan güldan yüksək məbləğdə hərraca çıxarılıb (FOTO)

Bakı. Trend:

İngiltərədə əntiq əşyalar satılan mağazadan cəmi 3 dollara alınan əl ölçülü güldanın hərracda 11,800 dollara satılacağı gözlənilir.

Trend xəbər verir ki, 10 santimetrlik əsəri İngiltərənin cənub-şərqindəki Surrey qraflığında bir cütlük əldə edib. Onlar təkcə bu kiçik əşyanın üzərində həkk edilmiş naxışların əhəmiyyətli ola biləcəyindən şübhələnirdilər, lakin güldanın nə qədər dəyərli ola biləcəyini bilmirdilər.

“Tərəfdaşımla mən ətrafa nəzər salmaq üçün əntiq əşyalar satılan mağazaya girdik. Mən həmişə kitablara baş çəkirəm, o, isə incəsənət və əntiq əşyalar axtarışında olub. O, mütəxəssis deyil, lakin belə məsələlərdə əla zövqə malikdir. Mağazada güldanı mənə göstərdi və mən bir az laqeydlik göstərərək digər əşyalara da baxmağı məsləhət gördüm”, - deyə əşyanı əldə edənlərdən biri qeyd edib.

Mütəxəssislər güldanın 1845-1927-ci illər arasında yaşamış mərhum yaponiyalı keramikaçı və rəssam Namikava Yasuyukinin əsəri olduğunu müəyyən ediblər. O, Yaponiyanın ən məşhur rəssamlarından biri olub.

Qeyd edək ki, güldan iyulun 29-30-da keçiriləcək iki günlük hərracda satış üçün təqdim olunacaq. Onu satan cütlük güldanı aldıqları əntiq mağazasına da ianə verməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti