...

Azərbaycanın hərbi qulluqçusu minaya düşüb

Gündəm Materials 29 Aprel 2024 13:54 (UTC +04:00)
Azərbaycanın hərbi qulluqçusu minaya düşüb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Tend:

Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti