Bakı. Trend:
ABŞ Çinin Yaxın Şərqdəki vəziyyətin həllində daha çox iştirak etməsini istərdi.
Trend xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börns Brukinqs İnstitutunun ABŞ-Çin münasibətlərinə dair təşkil etdiyi seminarda çıxışı zamanı deyib.
Börnsə görə, o, oktyabrın 7-dən “Çin hakimiyyəti ilə əlaqə saxlayıb”. "Aydındır ki, mən onların adından danışa bilmərəm. Amma bu münaqişənin mahiyyətini məhdudlaşdırmaq üçün onların öz nüfuzundan istifadə etmələri vacibdir", - o deyib.
ABŞ-ın Çindəki səfiri Vaşinqtonun Qəzza zolağına humanitar yardım üçün 100 milyon dollar ayırdığını bildirib.