Bakı. Trend:
İran donanması BƏƏ-dən özünün limanlarına gedən tankeri saxlayıb.
Trend xəbər verir ki, bu barədə "Shafaq News" agentliyi məlumat yayıb.
İran Hərbi Dəniz Qüvvələri hazırda tankerin sənədlərini yoxlayır.
İlkin araşdırmalar tankerin İsrail üçün material daşıdığını ehtimal edir. Bundan başqa, İran dəniz rəsmiləri tankerin yaxınlaşması ilə bağlı BƏƏ-dən əvvəlcədən xəbərdarlıq almayıb.