...

ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb

Dünya xəbərləri Materials 12 Yanvar 2024 07:31 (UTC +04:00)

Bakı. Trend:

Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-ın İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

"Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, - deyə o qeyd edib.

Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti