...

Husilər Yəmən sahillərində yük gəmisini vurduqlarını təsdiqləyiblər

Dünya xəbərləri Materials 16 Yanvar 2024 21:40 (UTC +04:00)
Husilər Yəmən sahillərində yük gəmisini vurduqlarını təsdiqləyiblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Ənsar Allah” üsyançı hərəkatından olan husilər Yəmən sahillərində Yunanıstana məxsus “Zografia” yük gəmisinə hücuma görə məsuliyyəti öz üzərilərinə götürüblər.

Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria özünün teleqram kanalında bəyanat yayıb.

Yəhya Saria qeyd edib ki, Fələstinin limanlarına gedən gəminin heyəti xəbərdarlıq siqnallarına cavab vermədiyinə görə, onlara qarşı bir neçə raket atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti