...

Kanadada helikopter qəzaya uğradı: ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 23 Yanvar 2024 19:41 (UTC +04:00)
Kanadada helikopter qəzaya uğradı: ölənlər və yaralananlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadada "Escape" dağ-xizək idman şirkətinin şəxsi helikopteri qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə yerinə beş təcili yardım maşını göndərilib.

Hadisə yerində xilasedicilər tərəfindən köməklik göstərilib və 4 yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti